Hindistanın Maharashtra əyalətindəki COVID-19 xəstələrinin yerləşdirildiyi xəstəxanada yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, yanğın xəstəxananın ikinci mərtəbəsindəki reanimasiya şöbəsində baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın nəticəsində 4 nəfər dünyasını dəyişib, xeyli insan yaralanıb. 27 xəstə təxliyə edilb.
Hindistan prezidenti Narendra Modi hadisə ilə bağlı sosial şəbəkə hesabında bu sözləri yazıb: “Çox üzgünəm. Ürəyim dünyasını dəyişən xəstələrin ailələrinin yanındadır. Yaralananların ən qısa müddətdə sağalması üçün dua edirəm”.