“Türkiyə uzun illərdir ABŞ-ın dəyərli müttəfiqidir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Prays ABŞ Prezidenti Co Baydenin aprelin 24-də 1915-ci il hadisələrini “soyqırım” adlandırıb-adlandırmayacağı ilə bağlı suala cavab verib.
O, bununla bağlı açıqlamanın Ağ Ev tərəfindən veriləcəyini, indi bu haqda bir söz deyə bilməyəcəyini söyləyib.
Prays belə bir qərarən Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir edəcəyi ilə bağlı suala belə cavab verib:
“Türkiyə uzun müddətdir bizim dəyərli, bir NATO müttəfiqimizdir. Türkiyə ilə ortaq maraqlarımız baxımından anlaşa bilirik, fikir ayrılıqları olanda da bunu dialoqla həll edirik”.