24 Aprel 2021 23:06
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden radikal erməni dairələri ilə Türkiyəyə qarşı olan qrupların təzyiqi altında 1915-ci il hadisələri ilə bağlı qərəzli açıqlama ilə çıxış edib. Türkiyə bu açıqlamanı qəbul etmir və qətiyyətlə pisləyir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu açıqlamanın heç bir elmi və hüquqi əsası olmadığı məlumdur.

1915-ci il hadisələrinə aid olan beynəlxalq hüquqda yer alan "soyqırım" ifadəsinin istifadə olunması üçün heç bir əsas yoxdur və tarixdə çox böyük təhrifdir:

"Bu hadisələrə münasibət daxili siyasi proseslərdən və siyasətçilərin əhval-ruhiyyəsindən asılı olaraq dəyişməməlidir. Bu cür mövqe yalnız tarixin təhrif olunmasına gətirib çıxaracaq".

Bəyanatda bildirilir: "Ankara heç vaxt öz tarixinin qiymətləndirilməsindən qaçmayıb. Amma nə ABŞ, nə digər ölkələr Türkiyəni bu məsələdə öyrətmək haqqına malikd deyil. ABŞ prezidentini müəyyən siyasi dairələri razı salmaqdan başqa heç bir məqsədə xidmət etməyən bu böyük səhvi düzəltmək üçün, tarixdən düşmənçilik yaratmağa çalışan bu dairələrin gündəminə xidmət etmək əvəzinə, bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc, yanaşı yaşamaq praktikasını qurma səylərini dəstəkləməyə çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər