Axtarış qrupları Bali adası yaxınlığında Bali dənizində yoxa çıxan Nanggala sualtı qayığının qalıqlarını tapdılar.
Teleqraf.com-un məlumatına görə, bu barədə jurnalistlərə İndoneziya Silahlı Qüvvələrinin Baş Komandanı Hadi Tçaxdjanto və ölkənin Hərbi Hava Qüvvələri qərargahının rəisi admiral Yudo Marqono bildirib.
Bildirilib ki, KRI Nanggala-402 adlı gəmidə 53 nəfər olub.