Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qanunsuz olaraq ilhaq edilmiş Krımla təmas xəttində - Xerson bölgəsindəki qoşunların döyüş hazırlığını yoxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat verib.
Zelenski döyüş mövqelərinə baş çəkib, bənd və səngərlərə baxıb, hərbçilərlə söhbət edib.
Ukrayna lideri bölgəyə səfəri çərçivəsində hərbi hissələrə də baş çəkib.
“Həm cəbhədə, həm də ehtiyatda olan hərbçilərimizin, ordumuzun vəziyyətini - texniki və psixoloji durumunu görmək çox vacibdir”, - Zelenski qeyd edib.
O, qoşunların hər an sərhədə göndərilə biləcəyini bildirib.
Qeyd edək ki, Zelenski bundan əvvəl işğal edilmiş Donbasla təmas xəttinə gəlmişdi.