29 yaşlı xanım dəstəklədiyi partiyanın seçkiləri udmasından sonra verdiyi sözə əməl edərək dilini kəsib.
Teleqraf.com xəbər verir ki, Hindistanın Tamil Nadu ştatında ağıla gəlməyən hadisə baş verib.
Vanitha adlı xanım əyalət seçkilərində dəstəklədiyi Dravida Munnetra (DMK) Partiyasının seçkiləri udacağı təqdirdə dilini kəsəcəyini elan edib.
Partiyanın seçkiləri udduğunu eşidən Vanitha məbədə gedərək dilini kəsib. COVID-19 tədbirləri çərçivəsində dilini qapalı olan məbədin qarşısında kəsən xanım təcili xəstəxanaya çatdırılıb.