31 Oktyabr 2014 14:05
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Xarici İşlər Nazirliyi İsveçdəki səfirini geri çağırıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi məlumatlarda buna əsas səbəb kimi İsveç hökumətinin Fələstin dövlətini tanıması ilə əlaqədar İsrail hökuməti ilə məsləhətləşməməsidir.

İsrail xarici işlər naziri Aviqdor Liberman bu qərardan təəssüfləndiyini bildirib. O, qərarın heç bir məqsədə xidmət etmədiyini deyib. Nazir səfirin nə vaxt İsveçə qayıdacağı ilə bağlı heç bir açıqlama verməyib.

“HƏMAS” isə İsveçin Fələstini müstəqil dövlət kimi tanımasını mühüm siyasi hadisə kimi qiymətləndirib. Bu barədə “HIMAS”ın yaydığı yazılı açıqlama qeyd edilir. Sənəddə həmçinin beynəlxalq cəmiyyəti Qüdsdə baş verənlərə qarşı biganə qalmaması ilə bağlı çağırışlar yer alır.

Samir


Müəllif: