9 May 2021 09:31
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vaxtlar ABŞ-da ölkənin neft hasilatının yüzdə doxsanına nəzarət edən məşhur iş adamı J.Rockefellerin nəvələri Rebecca Rockefeller Lambert və Peter Gill Kase yeni neft və qaz işlənmələrinin qarşısını almaq üçün ətraf mühit fəallarına “kömək” kampaniyası başladıb.

Teleqraf.com xəbər verir ki, milyarderin nəvələri neft əleyhinə kampaniyaya faktiki investisiya qoyublar.

Lambert və Kase elan ediblər ki, bu kampaniyaya şəxsi varidatlarından 30 milyon dollar sərmayə qoymaq qərarına gəliblər. Onlar dəstəklərini “Bu dünyadakı neft puludur və onu dünyaya geri yatırırıq” şəklində izah edirlər.

Məlumat üçün qeyd edək ki, 1937-ci ildə 97 yaşında vəfat edən neft baronu J.Rockefeller hələ də dünyanın ən zəngin insanıdır. Onun iki nəvəsinin bu addımı ümumilikdə 270-ə yaxın ailə üzvünü ikiyə hissəyə bölüb. Bəzi varisləri hazırda şirkətlərində məsul vəzifələr tutmasalar da, babalarının neft şirkəti olan "Standard Oil"in səhmlərinin düşməsinin ailənin pul itirməsinə səbəb olacağını düşünərək ekoloji kampaniyanın dəstəklənməsinə qarşı çıxırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər