Rusiyanın Kemerovo vilayətinin Berezovski şəhərində Pervomayskaya mədəni uçub.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, qəza nəticəsində mədəndə olan 180 işçidən 147-i evakuasiya edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, xilasedicilər qalan 33 işçinin axtarışlarını davam etdirir. Hadisənin səbəbləri araşdırlır.
Qeyd edək ki, Kemerova əyalətinin qubernatoru Aman Tuleyev dünən Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə mədənlərdə təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı məlumatını verib.
Samir