11 May 2021 09:39
92 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova sosial şəbəkədə Bakıdan paylaşım edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

Öz fotosunu paylaşan Zaxarova qeyd edib: “Bakıda əhval-ruhiyyənin rəngi qırmızıdır…”.

Qeyd edək ki, Mariya Zaxarova Azərbaycanın paytaxtına dünən gəlib. O, Rusiya Xarici işlər naziri Sergey Lavovun rəhbərlik etdiyi nümayəndə heyətində yer alır.


Müəllif: Mənsur Rəğbətoğlu