Çinin Uhan şəhərində mayın 14-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində 6 nəfər ölüb, 218 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Uhan hökuməti açıqlama yayıb.
Sürəti saniyədə 24 metrə çatan külək evlərdə, tikintisi davan edən binalarda dağıntılar törədib, xeyli ağacı kökündən qoparıb, kommunikasiya xətlərinə ziyan dəyib. İlkin araşdırmaya əsasən, 27 ev dağılıb, 130 evə ziyan dəyib, elektrik xətlərinin qırılması nəticəsində 26 mindən çox evin elektrik təchizatı dayanıb. Bundan başqa, tikinti sahəsində olan qülləli 2 kranın aşdığı bildirilir.
Çinin Ciansu vilayətinin Sucou şəhərində baş verən qasırğa isə bir nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına səbəb olub. Şəhərin Şencı qəsəbəsində evlərə və elektrik xətlərinə ziyan dəyib.