15 May 2021 15:03
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus da insanlar kimi mövcud olmaq hüququna malikdir.

Teleqraf.com xəbər verir ki, bunu Hindistanın Uttarakxand ştatının keçmiş baş naziri Trivendra Sinqx Ravan bildirib.

“Navbharat Times” qəzeti yazır ki, Ravan deyib:

“SARS-CoV-2 virusu yaradılışdır, hansı ki, yaşamaq hüququna sahibdir. İnsanlar onu öldürməyə çalışdıqca mutasiyaya davam edir”.

Keçmiş baş nazirin açıqlaması təkcə sosial şəbəkələrdə deyil, Hindistandakı siyasi dairələrdə də kəskin reaksiyaya səbəb olub. Belə ki, Uttarakxand Konqresinin vitse-prezidenti Suryakant Dxasmana bu ifadəni axmaqlıq və cəfəngiyat adlandıraraq Rəvanı özünə nəzarəti itirməkdə ittiham edib.

Diqqət çəkən odur ki, bu, keçmiş baş nazirin ilk belə bəyanatı deyil. O, əvvəllər inəyin oksigenlə udan və oksigen buraxan yeganə heyvan olduğunu bildirmişdi.

Hindistan dünyada koronavirusa yoluxanların sayına görə, ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 24,04 milyonu keçib.


Müəllif: Səxavət