Türkiyənin Cümhuriyyət Xalq Partiyasının Ankara millət vəkili Əminə Ülker Tarhan partiyadan istefa verib.
Teleqraf.com-un "Hürriyet"ə istinadən xəbərinə görə Tarhan istefa ərizəsində "Böyük ümidlərlə gəldiyim CHP-dən istefa edirəm" sözlərini yazıb.
Tarhan istefasının səbəbini "CHP rəhbərliyinin "yanlış və zəif siyasəti" ilə izah edib.
CHP rəhbəri Kamal Kılıçdaroğlu millət vəkili Əminə Ülker Tarhanın istifası ilə əlaqədar "Sağlıq olsun. Hələlik mətni oxumadım" deyə qısa açılama verib.
Nihad