Yunanıstan növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, qərəz Yunanıstan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada ifadə edilib.
Açıqlamada Yunanıstanın Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən “narahatlığı” diqqətə çatdırılıb.
“Ermənistanla sərhəddəki gərginlik ciddi narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünə hörmət edilməlidir. Regional sülh və sabitliyi təhdid edə biləcək addımlardan qaçmaq lazımdır”, - açıqlamada qeyd edilib.