20 May 2021 16:19
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Fələstin və İsrail arasındakı qarşıdurma fonunda Rusiya və MDB ölkələri vətəndaşlarının Qəzza zolağından çıxarılmasını həyata keçirmək üçün məsul qurumlara təlimat verib.

Teleqraf.com xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq-internet portalında yayımlanıb.

“İsrail Dövlətinin silahlı qüvvələrinin hərbi əməliyyatı nəticəsində Qəzza zolağında vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar olaraq, ərazini tərk etmək istəyən Rusiya Federasiyası vətəndaşlarının və Müstəqil Dövlət Birliyinə üzv dövlətlərin vətəndaşlarının evakuasiyasını təmin edin”, - deyə məlumatda qeyd olunur.

Evakuasiyanın vaxtı və formatı müəyyənləşdirmək Qəzza zolağındakı vəziyyət nəzərə alınaraq Xarici İşlər Nazirliyinə Xarici Kəşfiyyat Xidməti və Fövqəladə Hallar Nazirliyi ilə birgə müəyyən etmək tapşırılıb. Sonuncu qurum vətəndaşların göstərilən ərazidən çıxarılmasını təmin etməlidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər