21 May 2021 22:37
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin pandemiyadan sonrakı bərpa dövrü üçün inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı vəd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin lideri G20 ölkələrinin Qlobal Səhiyyə Sammitində çıxışı zamanı bildirib.

O deyib ki, 3 milyard dollar növbəti üç il ərzində inkişaf etməkdə olan ölkələrə ayrılacaq.

Si Cinpin peyvənd sahəsində əməkdaşlıq üçün beynəlxalq forumun yaradılmasını da təklif edib: “Forum peyvənd üzərində işləyən, habelə istehsal edən ölkələr və digər maraqlı tərəflər üçün peyvəndlərin dünyada ədalətli və bərabər paylanmasını təşviq etmək yollarını araşdırmağa şərait yaradacaq”.

O, böyük ölkələri inkişaf etməkdə olan ölkələr üçün daha çox peyvənd istehsal etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər