Türkiyə özünün yerli koronavirus peyvəndini istehsal edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
“Türkiyə olaraq bu günə qədər əlimizdə olan peyvəndləri digər ölkələrlə bölüşməyə çalışdıq. Yerli peyvəndimiz hazır olar-olmaz vətəndaşlarımızla yanaşı, bütün dünya əhalisinə təqdim edəcəyik”, - Ərdoğan bildirib.
Türkiyə lideri qardaş və dost ölkələrə bu məsələdə kömək etməyə davam edəcəklərini də diqqətə çatdırıb.