1 Noyabr 2014 19:57
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Milli Təhlükəsizliyin və Müdafiə Şurası (SNBO) Donetsk və Luqanskın cənubunda separatçıların aktivləşməsi barədə məlumat yayıb.

Rəsmi açıqlamaya terrorçu qruplaşmaların cənub istiqəmətində cəmləşməsini təsdiqləyən son əməliyyat xəritəsi də əlavə olunub.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə gündəlik brifinq zamanı SNBO-nun İnformasiya-Analitik Mərkəzi rəhbərinin sədr müavini Vladimir Polevoy məlumat verib. O, bildirib ki, antiterror əməliyyatları zonasında ötən gün hər hansı əhəmiyyətli dəyişikliklər qeydə alınmayıb: “Terrorçular atəşin dayandırılması haqqında razılıqları pozmaqda davam edirlər. Onların fəallığı əsasən, Donbasın bir neçə rayonunda lokallaşdırılıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər