30 May 2021 15:12
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron getdiyi Cənubi Afrikada etirazla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Makronun səfərinə etiraz bəyanatı verən AMPSA adlı QHT “zalım” adlandırdığı Fransa liderinin bölgəyə gəlişinin utancverici olduğunu bildirib.

Müsəlman iş adamlarını təmsil edən QHT-nin bəyanatında Makronun Cənubi Afrikaya səfər etməsinin müsəlmanlar üçün ayıb olduğu deyilib.

Açıqlamada Makronun təkcə Fransada yox, beynəlxalq aləmdə də İslam əleyhinə siyasət yürütdüyü vurğulanıb.

Fransa prezidentinin müsəlmanları hədəf alan hücumlardan məsuliyyət daşıdığı, ölkəsində İslamı və müsəlmanları hədəfə alan qadağalara imza atdığı xatırladılıb.

Makron açıqlamada “zalım” və “müsəlman düşməni” kimi xarakterizə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər