1 İyun 2021 12:30
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.

“Rusiya və Ermənistan arasında münasibətlər çox uğurla inkişaf edir. Əminəm ki, birgə səylərimizlə dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək üçün ikitərəfli müttəfiqlik münasibətlərini möhkəmləndirməyə davam edəcəyik”, - Putin məktubunda bildirib.

Qeyd edək ki, Nikol Paşinyan 1 iyun 1975-ci il tarixində İcevanda anadan olub.


Müəllif: Mənsur Rəğbətoğlu