2 İyun 2021 18:46
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin Mehriyə gəlib və burada sərhəd-keçid məntəqəsinin ən qısa zamanda modernləşdirilməsi məsələsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı ofisinin mətbuat xidməti məlumat verib.

Viktorinin Ermənistan-İran sərhədində Dövlət Gəlir Komitəsinin nümayəndələri ilə görüşdüyü qeyd olunub. Tərəflər AB-nin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə ortaq şəkildə maliyyələşdirilən Mehri məntəqəsinin modernləşdirilməsini müzakirə ediblər.

Viktorin bu proqramın həm AB, həm AYİB, həm də Ermənistan vətəndaşları üçün vacib olduğunu vurğulayıb. Tərəflər qısa müddətdə nəzarət-buraxılış məntəqəsinin inşası ilə bağlı işlərə başlamaq barədə razılığa gəliblər.

Viktorin Sünik bölgəsinə (Zəngəzur) dünən gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu