ABŞ məhkəməsi Kapitoliya binasına basqın iddiası ilə bağlı ilk qərarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə İndiana ştatından olan 49 yaşlı Anna Morqan-Lloyda 3 il şərti cəza verilməsi barədə qərar qəbul edib.
O, həmçinin 120 saat ictimai işə cəlb olunmaqla, ayda 500 dollar cərimə ödəməli olacaq.
“Məhkəmədən, Amerika xalqından və ailəmdən üzr istəyirəm. Prezident Trampı dəstəkləməyimi dinc şəkildə bildirmək üçün orada idim və bunun zorakılıqla nəticələndiyinə görə utanıram. Belə nəticələnəcəyini bilsəydim, orada olmazdım”, deyə Anna Morqan bildirib.