İlk dəfə Suriyadakı Xmeymim aviabazasına iki ədəd MiQ-31K qırıcısı yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiyanın Suriya Ərəb Respublikasındakı Xmeymim aviabazasında keçirilən təlim çərçivəsində “Xəncər” kompleksindəki yeni hipersəsli raketlərdən istifadə etmək qabiliyyətinə malik olan bir cüt MiQ-31K təyyarəsi Rusiya aerodromundan havaya qalxıb”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Ekipajlardan birinin komandiri təyyarənin Suriyada təlim tapşırıqları həyata keçirəcəyini söyləyib.