4 Noyabr 2014 13:30
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində polis səlahiyətli şəxslərin hökumətin aylıq “cəsəd yandırma” kvotasını doldurmaq üçün məzar soygunçularından cəsəd aldıqlarını müəyyən edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin hökuməti kənd təsərrüfatı üçün yararlı əraziləri artırmaq üçün ölülərin yandırılmasını təbliğ edir. Yerli sakinlər isə ölən yaxınlarını yad edə bilmək üçün basdırmağa üstünlük verir.

Polis ölkənin cənubunda olan Guanqşi bölgəsindəki Beiliu şəhərinin sakininin şikayəti əsasında soyadı Zhonq olan məzar soygunçusunu həbs edib.

Çinin Xinhua Xəbər Agentliyinin məlumatına görə, Zhonq ətraf kəndlərdəki qəbiristanlıqlardan 20-dən çox cəsəd oğurladığını etiraf edib. O, cəsədləri daha sonra torbalara qoyub qonşu Guanqdonq bölgəsində iki səlahiyyətli şəxsə satdığını bildirib.

“Cənazə islahatı”nın tətbiqində cavabdeh olan He və Donq ötən həftə nəzarətə alınıb.

Polis onların aylıq yandırılan cəsəd kvotasını doldurmaq üçün bu yola əl atdıqlarını açıqlayıb.

Donqun hər cəsədə görə 489 dollar (380 AZN) ödədiyini, Henin isə 240 dollar (187 azn) təklif etdiyi bildirilib.

Hökumətin “cənazə islahatı” siyasəti çoxlu sayda insanı qəzəbləndirib. Çünki inanca görə ölümdən sonra dinclik tapmaq üçün cəsədin zərər görməməsi lazımdır.

Rüstəm


Müəllif: