27 İyun 2021 17:27
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Qara rayonunda 3 PKK terrorçusunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Türkiyə İraqın şimalında terrorçu mövqelərinə qarşı effektiv zərbələr endirməyə davam edir:

"Türkiyə Hava Qüvvələri müvəffəqiyyətli hava əməliyyatı nəticəsində Qara rayonunda üç PKK terrorçusunu zərərsizləşdirib".


Müəllif: Teleqraf.com