28 İyun 2021 11:21
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Narkotik, spirtli içkilər və seks üçün şəhərimizi ziyarət etməyin”.

Teleqraf.com xəbər verir ki, belə qəribə açıqlama ilə Amsterdam şəhər şurası çıxış edib.

Avropada turizmin əsas mərkəzi sayılan Amsterdamda Şəhər şurası şəhərin sakit və səssiz halından razı qaldığını ifadə edib.

Açıqlamada “Şəhər bizə qaldı və biz artıq alkoqol istəyən, narkotik istifadə edən və seks arzusunda olan turistləri xoş qarşılamayacağıq” ifadəsi xüsusi diqqət çəkib.

Əlavə edilib ki, pandemiyadan sonrakı mərhələdə əvvəllər olduğu kimi şəhərdə kütləviliyi arzu etmirlər: “Amsterdam və amsterdamlılara hörmət göstərən ziyarətçilərə qapılarımız açıqdır. Burada yaşayanlara və bu mədəniyyətə hörmət etməyənlər şəhərimizə gəlməsin”.


Müəllif: Cavad

Oxşar xəbərlər