5 Noyabr 2014 11:05
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Mavi Mərmərə gəmisinə təşkil etdiyi hücumda hərbi cinayət törətdiyi məhkəmədə təsdiq olunub.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Cəza Məhkəməsi çıxarıb.

İnsan Hüquq və Azadlıqları (İHH) Humanitar Yardım Fondundan verilən açıqlamada İsrailin Aralıq Dənizinin beynəlxalq sularında Qəzzaya humanitar yardım daşıyan Mavi Mərmərə gəmisinə təşkil etdiyi hücumla bağlı başlanılan məhkəmə prosesinin başa çatdığı bildirilir:

“Faktla bağlı araşdırmalar və çıxarılan qərar İsrailin günahkar olduğunu sübut etdi”.

Samir


Müəllif: