8 İyul 2021 12:55
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında məhkəməyə itaətsizlik ittihamı ilə 15 ay həbs cəzasına məhkum olunan sabiq prezident Jakob Zuma hüquq mühafizə orqanlarına tabe olub.

Teleqraf.com-un məlumatına görə, sabiq prezident sosial şəbəkələrdə bəyan edib ki, həbsə getməyə qərar verdikdən sonra polisə təslim olub.

Qeyd edək ki, ölkə konstitusiyasının tələblərinə əsasən Zuma iyulun 8-nə qədər təslim olmalı idi.

Prezidentin oğlu Edvard Zuma mətbuata deyib ki, 79 yaşlı atasının tutulması halında qan tökülə bilər. O, atasının tutulmasına imkan verə bilmədiklərini qeyd edib: “Polis qan tökmək məcburiyyətində qalar. Çünki onu həyatımız bahasına qoruyarıq”.

Qeyd edək ki, sabiq prezident korrupsiya, rüşvət, vergidən yayınma, çirkli pulların yuyulması daxil olmaqla 16 maddə üzrə ittiham oluunur. O, buna qədər məhkəmə qarşısına çıxmağı rədd edərək doğulduğu əyalətdə gizlənirdi.

Təslim olmazdan əvvəl evinin ətrafında onu dəstəkləyənlər qarşısında çıxış edən Zuma bəyan edib ki, yaşı səbəbindən həbs edilməsi onun ölümə məhkum olması ilə eynidir.


Müəllif: Cavad

Oxşar xəbərlər