13 İyul 2021 18:30
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dövləti ABŞ-la həbs edilənlərin dəyişdirilməsi mövzusunu müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə İran dövlət televiziyasına hökumətin sözçüsü Əli Rəbii deyib.

Sözçü bildirib ki, Tehran ABŞ-da və ya digər ölkələrdə onların tələbi ilə həbs edilələn vətəndaşların ölkəyə qaytarılması qarşılığında İranda saxlanılan bəzi ABŞ vətəndaşlarını azadlığa buraxacaq:

“Bundan əvvəlki ABŞ iqtidarına bu mövzuda hazır olduğumuzu çatdırmışdıq, ancaq müzakirə masasında əyləşməyi rədd edən, iranlıları əsir almaqda israr edən ABŞ iqtidarı oldu”

ABŞ Prezidenti Co Baydenin bu mövzuya münasibətinin yaxşı olduğuna diqqət çəkən İran hökumətinin sözçüsü qeyd edib ki, mövzunun müzakirəsi davam edir:

“Müzakirələri sonuna çatdıra bilsək, həbsdə olan iranlıların azad edilməsi və ölkəmizin maraqlarının təmin edilməsi halında mövzuya dair məlumatlar veriləcək”.

Qeyd edək ki, ABŞ-da bəzi İran vətəndaşları sanksiyaları pozmaq iddiası ilə həbs edilib. İki ölkə arasında buna qədər də məhkumların dəyişdirilməsi baş verib. Sonuncu dəfə tərəflər belə addımı 2020-ci ildə atıb. O zaman İranda həbsdə olan amerikalı keçmiş hərbçi və Vaşinqtonda saxlanılan iranlı elm adamı eyni anda azadlığa buraxılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər