21 İyul 2021 14:43
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfi Avropa Birliyinin Ermənistan və Azərbaycan arasında dialoq qurulmasına kömək etmək istəyini alqışlayır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Vasitəçilik səyləri barışıq, sabitlik, proqnozlaşdırma və mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə, o zaman bunu yalnız xoş qarşılanmaq olar”, - Rusiya dövlət başçısının mətbuat katibi bildirib.

Rusiya, Ermənistan və Azərbaycan başçılarının Qarabağla bağlı əldə etdikləri razılaşmaların yerinə yetirilməsi məsələsinə toxunan Peskov proseslərin yaxşı getdiyini qeyd edib. O, Moskvanın əlavə vasitəçilik səylərinə qarşı olmadığını iddia edib.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla daim əlaqə saxlayır.

Peskov əlavə edib ki, tərəflər indi əldə olunmuş razılaşmalarla məşğul olurlar.


Müəllif: Mənsur Rəğbətoğlu