İranın Xuzistan vilayətində quraqlıq səbəbindən aksiyalar davam edir.
Teleqraf.com xəbər verir ki, indiyə qədər vilayətdə “si inqilabı” aksiyasında 8 nəfər həyatını itirib.
İranın Ali dini lideri Seyid Əli Xamenei aksiyaçıların tərəfini tutaraq problemin həll edilməsini istəyib.
Xatırladaq ki, böyük quraqlıqla üzləşən İranın cənubundakı kənd və şəhərlərdə su problemi yaranıb. Zəngin neft yataqlarının olduğu Xuzistan vilayəti aksiyalara liderlik edir.
İran Prezidenti İbrahim Rəisi etirazların siyasi qarşıdurmaya çevrilə biləcəyi xəbərdarlığını edib, xalqın qanunlar çərçivəsində etiraz etmək haqqına sahib olduğunu bildirib.
Sünni ərəblərin çoxluq təşkil etdiyi Xuzistanda həm içməli, həm də suvarmaq üçün su qıtlığı çoxdandır müşahidə olunur. Həmdiyə, Bostan, Şuş, Mahşehr məntəqələrində aksiyalar iyulun 15-dən başlayıb.
Beynəlxalq Amnistiya Təşkilatı aksiyalarda 8 nəfərin öldürüldüyünü çıqlayıb.