25 İyul 00:59
232

“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi Sena çayı üzərində barjalarda təşkil olunacaq.

Teleqraf.com xəbər verir ki, bu haqda Tokiyo-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmiş Fransa Prezidenti Emmanüel Makron “L’Equipe” idman kanalına müsahibəsində bildirib.

Fransa prezidenti qeyd edib ki, “Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Toni Estangenin komandası, eləcə də digər kollektivlərin və dövlət xidmətlərinin birgə fəaliyyəti nəticəsində Paris Olimpiya Oyunlarının açılış mərasiminin bənzərsiz və yenilikçi bir mərasim olacaq.


Müəllif: Teleqraf.com