28 İyul 2021 12:07
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Tacikistan ordusunu silah və texnikalarla pulsuz təmin edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu tacik həmkarı ilə telefon danışığında deyib.

Onun sözlərinə görə, artıq Tacikistan ordusunu təchiz etmək üçün silah və texnikaların əlavə pulsuz tədarükü təşkil olunub.

“Əfqanıstandakı vəziyyət müvafiq tədbirlərin qəbul edilməsini tələb edir, belə işlər artıq aparılır”, - Şoyqu bildirib.

Nazir vurğulayıb ki, xarici qoşunların Əfqanıstandan tələsik çıxarılması vəziyyətin sürətlə gərginləşməsinə, terrorçuların fəaliyyətinin artmasına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər