İranın ərəb dilli dövlət televiziyası “Al-Alam” Oman sahillərində İsrail gəmisinə hücumu Təl-Əvivin Suriyadakı İran hədəflərinə etdiyi hücumların qisası olaraq təşkil olunduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, məlumatda hücumla bağlı əlavə detal verilməyib.
“İsrailin Suriyanın Qusayr bölgəsindəki Əl-Dəba hava limanına etdiyi hücumun qarşılığında Oman sahillərində İsrail şirkətinə məxsus bir neft tankeri hədəf alınıb”, - telekanal qeyd edib.
Rəsmi Tehran məsələ ilə bağlı hələlik açıqlama verməyib.
İsrailli iş adamı Eyal Oferə məxsus Londonda yerləşən “Zodiac Maritime” şirkətinin dünən verdiyi açıqlamada 1 ingilis və 1 rumıniyalı olmaqla 2 ekipaj üzvünün Oman sahillərində həyata keçirilən hücumda həyatını itirdiyi bildirilib.
İsrail Xarici işlər naziri Yair Lapid hücumda İranı ittiham edib.