1 Avqust 2021 01:09
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Egey dənizində 4.5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Yeraltı təkanlar Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın ərazidə meydana gəlib.

Ocağı dənizin 3.2 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.


Müəllif: Teleqraf.com