İyulun 28-də Türkiyənin müxtəlif bölgələrində başlayan 125 yanğından 119-u tamam söndürülüb və ya nəzarət altına alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli açıqlama verib.
Pakdəmirli Muğlanın Kavaklıdərə rayonundakı yanğının da nəzarətə alındığını bildirib.
Nazir hazırda Antalyada 8 yanğının davam etdiyini deyib.
O, yanğınların başlamasından indiyədək 8 nəfərin həyatını itirdiyini açıqlayıb.