6 Avqust 2021 11:10
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Özbəkistan xüsusi təyinatlıları Əfqanıstan sərhədində şərti terrorçuların ələ keçirdikləri yaşayış məntəqəsini azad etmək üçün birgə təlim keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsi məlumat yayıb.

Termiz poliqonunda praktiki əməliyyatlar zamanı xüsusi təyinatlılar qəsəbənin blokadaya alınması, blokada zonasından qaçan şərti terrorçu qruplarının təqibi, onların məhv edilməsi və aviasiya zərbələri endirilməsini məşq ediblər.

Təlimlərə “BTR-82A” zirehli personal daşıyıcıları, “Mi-35” hücum vertolyotları və kiçikçaplı silahlar cəlb olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər