9 Avqust 2021 15:57
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyası insanların həyatında hər şeyi dəyişdi. İnsanlar artıq atacaqları addımları pandemiya davranışlarına uyğun olaraq nizamlamağa başladılar. Bəs pandemiya yaxınlarda bitə bilərmi?

Teleqraf.com xəbər verir ki, bu mövzuda dünyada mövcud olan populyar fikirləri təqdim edir.

Professor Ballouks Avropada yoluxma sayında artım olacağını düşünür. Onun fikrincə, peyvəndin aparıldığı ölkələrdə virus yazda bitəcək.

Texas Universitetinin COVID-19 Modelləşdirmə Konsorsiumunun direktoru Lauren Ancel Meyers bildirib ki, xəstəliyə yoluxanlar və peyvənd olunanların sayı çox olsa da, kütləvi immunitet yaranması delta ştammına qarşı təsirli deyil: “Virus hələ peyvənd olunmamış dünya əhalisinin 85% -nə yoluxma potensialına sahibdir. İndiki peyvəndlər virusun əvvəlki ştammlarına qarşı immunitet formalaşdırır, lakin delta ştammı daha yoluxucudur.

Dünyada COVID-i tamamilə yox etmək üçün kütləvi immunitetə sahib olmaq mümkün deyil. Virus yayılmağa davam etdikcə peyvəndlərin təsirli olmayacağı yeni ştammlar yayıla bilər. Bu virusun dəyişkən, sürətlə yayıldığını, daha öldürücü olduğunu bilirik. Xəstəxanalarımız və reanimasiya şöbələrimiz sürətlə dolur. İndi və gələcəkdə insanlar maskalar taxmaq, kütləvi testlər aparmaq və sosial məsafə saxlamaqla virusla mübarizəa parmalıdırlar”.

Professor Ballouks isə Meyerslə müqayisədə məsələyə daha pozitiv tərəfdən yanaşır: “Virusun gedişatında azalma olduğunu düşünürəm. Hesab edirəm ki, qaşıdakı dövrdə virus mutasiyaya keçirməyəcək”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər