16 Avqust 2021 13:20
71 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstanda insan haqlarının pozulmasına və Kabil hava limanında insanların təxliyə edilməsi istəklərinə məhəl qoymur.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Vaşinqton yalnız sanksiya ilə təhdid edə bilir, amma qanunsuzluqdan məsuliyyət daşıyanlara qarşı tədbir görmür.

Zaxarova qeyd edib ki, ABŞ Əfqanıstanın Kabil hava limanında evakuasiya tələbləri ilə bağlı çoxsaylı xəbərlərə susmaqla cavab verir.

O xatırladıb ki, amerikalılar Ağ Evlə əməkdaşlıq edən Əfqanıstan sakinlərinə onları Talibanın qisasından xilas edəcəklərini vəd etmişdilər:

“İndi isə ABŞ hərbçiləri silahlıların ələ keçirdikləri ölkədən qaçmaq üçün təyyarələrə hücum edən əfqanları görməzdən gəlir”.

Qeyd edək ki, dünən Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədə kütləvi köçün başlaması haqda məlumatlar yayılmağa başlayıb. Hava limanına axın edən mülki şəxslərə ABŞ hərbçiləri tərəfindən atəş açıldığı iddia olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər