17 Avqust 2021 21:27
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Talibandan verilən mesajlar müsbətdir, məmnuniyyətlə qarşılayırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Taliban da daxil olmaqla Əfqanıstandakı bütün tərəflərlə dialoq aparırıq. Eyni şəkildə bundan əvvəl onlarla müzakirələr aparan Abdulla Abdulla və Həmid Karzayi kimi önəmli şəxslər hələ də Kabuldadır və Talibanla danışıqlara hazırlaşırlar. Təxliyyələr davam edəcək. Deyə bilərəm ki, bu günədək Taliban tərəfindən verilən mesajları məmnuniyyətlə qarşılayırıq. Bunlar istər əcənəbilər, istər diplomatik nümayəndəliklər, istərsə də əfqan xalqı ilə bağlı mesajlardır. Ümid edirəm ki, bunu əməldə də görəcəyik. Türkiyə olaraq, qardaş Əfqanıstanın iqtisadi inkişafına, sabitliyinə, sülhünə və əmin-amanlığına dəstək verməyə davam edəcəyik”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər