18 Avqust 2021 19:27
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afina yaxınlığındakı meşələrdə yanğın törətməkdə şübhəli bilinən iki nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, saxlanılan şəxslərdən biri - 54 yaşlı kişi Afinanın qərbindəki kəndin kənarındakı quru kol-kosu kağızlarla yandırdıqdan sonra hadisə yerindən uzaqlaşmaq istəyib. Lakin o, yaxınlıqdan keçən polis əməkdaşları tərəfindən saxlanılıb.

İkinci şəxs isə vətəndaşlığı açıqlanmayan 29 yaşlı əcnəbi qadındır. O, Afinanın mərkəzindəki meydanda ağacın yanındakı quru yarpaqları yandırmaqda şübhəli bilinir. Polis əməkdaşları alovu söndürüb və qadını həbs ediblər.

Qeyd edək ki, Yunanıstan Baş naziri ölkədəki yanğınları son on ilin ən böyük ekoloji fəlakəti adlandırıb.


Müəllif: Teleqraf.com