İlkin işarətlər “Taliban”ın inklüziv hökumət qurmaq istədiyini göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Kabildə “Taliban”ın nümayəndələri ilə görüşən Əfanıstanın sabiq baş naziri Gülbəddin Hikmətyar yerli mediaya deyib.
Hikmətyar əlavə edib ki, yeni hökumətin qurulması üçün işlərə “Taliban” liderinin paytaxt Kabilə gəlməsilə başlanacaq.
O, həmçinin qeyd edib ki, əfqan siyasi liderləri ilə “Taliban” arasında rəsmi görüşlər də “Taliban” liderlərinin Kabilə gəlməsindən sonra təşkil olunacaq:
"Son günlər “Taliban” rəsmiləri ilə əfqan siyasətçiləri arasında keçirilən görüşlər qeyri-rəsmi təmaslardır".
Qeyd edək ki, yaxın zamanlarda Əfqanıstanda İslam hökuməti quracaqlarını elan edən “Taliban” əfqan siyasi liderlərini ziyarət edib. Bu çərçivədə “Taliban”ın nümayəndə heyəti ölkənin sabiq prezidenti Həmid Karzai, Milli Birlik Şurasının sədri Abdulla Abdullah, Hizb-i İslam Partiyasının lideri və sabiq baş nazir Gülbəddin Hikmətyarla müzakirələr aparıb.