Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqinin Tehrana səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, şənbə günü gecə Tehrana səfər edən T.Moteqi İran rəsmilərilə ikitərəfli əlaqələrin inkişafı, Yaxın Şərq və bir sıra digər məsələlər haqqında danışıqlar aparacaq.
Bildirilir ki, T.Moteqinin İran prezidenti İbrahim Rəisi, XİN başçısı Məhəmməd Cavad Zərif və xarici işlər naziri vəzifəsinə namizəd Hüseyn Əmir Əbdüllahianla görüşü nəzərdə tutulub.
Qeyd eədk ki, Yaponiya XİN başçısı İrandan sonra Misir, İsrail, İordaniya, Fələstin, Türkiyə və Qətərə səfər edəcək.