27 Avqust 2021 12:22
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kabildə olan ABŞ səlahiyyətlilərinin “Taliban”a ABŞ vətəndaşlarının, yaşıl kart sahiblərinin və əfqan müttəfiqlərinin siyahısını verdiyi haqda iddialar ölkədə ciddi krizə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Konqresinin üç üzvü “Politico”ya danışarkən deyib.

Konqresmenlər bildiriblər ki, Kabildə xaosun meydana gəlməsindən sonra minlərlə insanın təxliyə prosesini sürətləndirmək məqsədilə ABŞ rəsmiləri “Taliban”a ABŞ vətəndaşlarının, yaşıl kart sahiblərinin və əfqan müttəfiqlərinin olduğu siyahını verib.

Bəzi şəxslər isə bunun “Taliban” tərəfindən “ölüm siyahısı” kimi istifadə edə biləcəyini qeyd edirlər.

İddia edilir ki, məsələ həftənin əvvəllərində Kapital Hilldə keçirilən gizli brifinqdə ortaya çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər