Yaponiyada son bir ayda koronavirusa qarşı “Moderna” preparatı ilə peyvənd olunan iki nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, peyvəndin bu partiyasında qeyri-məlum qarışıq (çirk) aşkarlanıb.
Məlumata görə, son bir ayda 30 yaşlarında iki kişi “Moderna”nın ikinci dozasını aldıqdan sonrakı bir neçə gün ərzində vəfat edib. Ölümün səbəbləri araşdırılır.
Hələlik vəfat edənlərə vurulan ampulalarda çirklərin olub-olmadığı məlum deyil.