9 Noyabr 2014 05:10
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu İŞİD terror qruplaşmasına növbəti ağır zərbələr endirib. Bunun nəticəsində terrorçular böyük itki ilə üzləşərək geri çəkilməli olublar.

Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, Beyci mahalında ordunun keçirdiyi əməliyyat nəticəsində terror qruplaşmasının 80 yaraqlısı öldürülüb.

İraq ordusunun Səlahəddin Cəbhəsinin Komandanlığından verilən açıqlamada deyilir ki, əməliyyat zamanı İŞİD-in 13 yanacaq tankeri də məhv edilib. Məlumatda deyilir ki, İŞİD həm mənəvi, həm də maddi cəhətdən ağır zərbələr alıb.

İraq ordusunun keçirdiyi əməliyyata döyüş təyyarələri də havadan dəstək verib.

Qeyd edək ki, İraq ordusu bir qədər əvvəl Beyci mahalını İŞİD yaraqlılarından azad etmişdi.


Müəllif: