9 Noyabr 2014 07:38
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Donetsk və Makeyevka ərazisində iri çaplı silah və tankları daşıyan maşın karvanı aşkarladığını bildirir.

Teleqraf.com-un məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında yerləşdirilən hesabatda deyilir.

Qeyd olunur ki, Makeyevka kənarında 40 yük maşını və sisterndən ibarət maşın karvanı aşkarlanıb.

“Onlardan 19-u şərti işarə və nömrəsiz “KamAZ” tipli avtomobillərdi. Missiya onların tərkibini müəyyənləşdirə bilmədi”- deyə xəbərdə bildirilir. Maşın karvanında kranlar quraşdırılmış yanacaq sisternləri də olub.

Bundan əlavə Donetskdə missiya iştrakçıları şərti işarə olmayan daha 9 tank qeydə alıb.


Müəllif: