31 Avqust 2021 20:55
2 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə etdik. Hesab edirik ki, bütün məsələləri istisnasız olaraq siyasi-diplomatik metodlarla nizamlamaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Uzunmüddətli nizamlama isə ancaq sərhədlərin delimitasiyasi və demarkasiyası prosesinin aparılması ilə mümkündür. Rusiya Prezidentinin bununla bağlı təşəbbüsü yaxşı məlumdur. Biz bu gün bu təşəbbüsün necə tez həyata keçirilməsinin mümkünlüyü barədə danışdıq. Bu prosesə hərtərəfli kömək etməyə hazır olduğumuz təsdiqlədik”, deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupun fəaliyyətindən razı olduqlarını da söyləyib: “Ümid edirik ki, bu mexanizmin fəaliyyəti və bütün kommunikasiyaların açılması təkcə Cənubi Qafqaz regionunun iqtisadi inkişafına deyil, regionda siyasi nizamlanmanın etibarlı əsaslarla təmin olunmasına və regionun çiçəklənməsinə kömək edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər