9 Noyabr 2014 10:09
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriya torpaqlarında bir neçə bölgəni zəbt edərək Xilafət elan edən İŞİD-in növbəti hədəfi bəlli olub.


Publika.az-ın məlumatına görə, terror təşkilatı Pakistanın Əfqanıtanla sərhədində də döyüşlərə başlamağı planlaşdırır.

Pakistan kəşfiyyatının bölgələrə göndərdiyi təlimatlarda Bəlucistan və Xeybər-Paktunxuva əyalətlərində 10-12 min İŞİD-ə bağlı silahlanmış tayfa üzvlərinin hökumət binalarına və Talibanla mübarziə aparan təhlükəsizlik xidməti əməkdaşlarına hücuma hazırlaşdığı bildirilir.

Təlimatlarda yerli hökumət strukturlarının hücumları dəf etmək üçün təcili olaraq hazırlanmaları əmr edilir.


Müəllif: