1 Sentyabr 2021 15:44
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın xüsusi əməliyyatı sayəsində 2011-ci ildə öldürülən "Əl-Qaidə" lideri Usame Bin Ladinin ən yaxın adamlarından olan Amin el Hakın Əfqanıstana qayıtdığı bildirilir.

Teleqraf.com xəbər verir ki, əfqan jurnalist Bilal Sərvari özünün sosial media hesabında el Hakın Əfqanıstana qayıtdığını göstərən video paylaşıb.

Təhlükəsizlik qüvvələri videodakı şəxsin Bin Ladinin təhlükəsizlik məsələləri üzrə köməkçisi doktor Amin el Hak olduğunu təsdiqləməyib. Kadrlarda Amin el Hakın avtomobilin önündə əyləşdiyi görünür. Videonun bazar ertəsi günü Nangarharda çəkildiyi bildirilir. Videoda Hakın onu qarşılayan insanları salamladığı açıq görünür.

Məlumat üçün qeyd edək ki, "Əl-Qaidə" terror təşkilatında ciddi fiqurlardan sayılan Amin el Hak 2001-ci ilin 11 sentyabr hücumundan sonra yoxa çıxıb.


Müəllif: Cavad